SON XƏBƏRLƏR

 İran Qafanda fəallığını artırıb

2023.09.21, 17:00
 İran Qafanda fəallığını artırıb

Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrini tərki silah etməyə başlaması, Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərin artdığı bir vaxtda, İran Qafanda fəallığını artırıb. 

Gunaz.tv

Sentyabrın 20-də İranın Qafandakı baş konsulluğu “Tarix, strateji əhəmiyyət, iqtisadi əməkdaşlıq və investisiya perspektivləri fonunda Sionik” adlı konfransı keçirilib.

Bu barədə erməni mediası məlumat yayıb.

Konfransda şəhərin meri, İran konsulluğunun nümayəndələri, iranlı və erməni tədqiqatçı və tədqiqatçılar ştirak edib, münasibətlərin genişləndirilməsi, iki xalqın tarixi bağları barədə çıxış ediblər.

Qeyd edək ki, İran Qafanda baş konsulluq açandan buyana davamlı olaraq oxşar tədbirlər keçirilir, iranlı sərmayəçilərin Qafana cəlb olunmasına çalışılır.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar