SON XƏBƏRLƏR

Məşhəddə daha iki məhkum edam edilib

2023.09.26, 13:43
Məşhəddə daha iki məhkum edam edilib

İranın Məşhəd şəhərinin Vəkilabad həbsxanasında daha iki məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Etnik bəluç olan 40 Mustafa Xoşşanə Rigi və 27 yaşlı Səid Bərahuyinin narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

İran İnsan Haqları Təşkilatı yaydığı son hesabatında bu ölkədə ötən bir il ərzində 697 nəfərin edam edildiyini bildirib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar