SON XƏBƏRLƏR

BMT-nin İnsan Hüquqları Şurasında Güney Azərbaycanla bağlı hesabat təqdim edildi

2023.09.27, 14:26
BMT-nin İnsan Hüquqları  Şurasında Güney Azərbaycanla bağlı hesabat təqdim edildi

Sentyabrın 26-da İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasında "Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK" avqust ayı ərzində Güney Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat verilib. Hesabatı təşkilatın nümayəndəsi Ayda Əqdəmi təqdim edib.

Gunaz.tv

Hesabatda avqust ayı ərzində azərbaycanlı fəallara qarşı təzyiqlər barədə məlumat verilib.

Bildirilib ki, bir ay ərzində 500 güney azərbaycanlı fəalın həbsi, dindirilməsi, təhdid edilməsi, məhkəmələrə çağırılması və başqa təziqlər barədə fakt təsdiq edilib.

Hesabatda Təbriz, Ərdəbil, Zəncan və başqa şəhərlərin Universitetlərində 350 tələbə fəalın Universitetlərin intizam komitəsi tərəfindən çağırılaraq təhdid edildikləri əksini tapıb.

Bildirilib ki, Təbrizin Tibb Elmləri Universitetinin 180 tələbəsi müxtəlif ittihamlarla bir neçə semestr təhsildən məhrum ediliblər.

Azərbaycan əyalətlərində yoxsulluq nəticəsində 160 min şagirdin ibtidayi dövrdə təhsilini yarımçıq buraxdığı, bu saydan 10500-nün Ərdəbil əyalətinin payına düşdüyü vurğulanıb.

Hesabatda məcburi hicab qaydalarını pozanlara qarşı cəzaların tətbiqinə toxunulub və bildirilib ki, geyim tərzlərinə görə 439 nəfərin şəxsi avtomobilləri əllərindən alınıb.

""Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK" Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları  Şurasından İran hakimiyyətinin azərbaycanlı fəallara qarşı zorakı hərəkətlərinə diqqət yetirməyi və İran İslam Respublikası ilə münasibətlərdə bu faktları nəzərə almağı xahiş edir",- Ayda Əqdəmi çıxışının sonunda qeyd edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar