SON XƏBƏRLƏR

Mədəni fəal Təbriz həbsxanasına köçürüldü

2023.09.29, 11:50
Mədəni fəal Təbriz həbsxanasına köçürüldü

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı sentyabrın 8-də Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Onun 500 milyon tümən (15 min AZN) girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına razılıq verilsə də,  bu, baş tutmayıb.

Mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq,  Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb.

Qeyd edək ki, Nurməhəmmədi  bir müddət əvvəl qızına türkcə "Hunay" adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi  Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Mürtəza Nurməhəmmədinin saxlanılma səbəbinin bu paylaşım ilə bağlı olduğu ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar