SON XƏBƏRLƏR

İzmirdə "Urmu gecəsi" keçirildi

2023.10.03, 14:09
İzmirdə "Urmu gecəsi" keçirildi

Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür mərkəzində "Urmu gecəsi" adlı musiqili tədbir keçirilib.

Gunaz.tv

Bu barədə Axar.az-a Güney Azərbaycan Kültür Mərkəzinin başçısı Məsud Haray məlumat verib.

Konsert proqramında Güney Azərbaycan Kültür Mərkəzinin başqan yardımçısı Məsud Haray və təşkilatın sözcüsü Pınar Şakir və şair İsmayıl Ülker çıxış edib.

Tədbirdə Urmu gölü faciəsinə həsr olunan  videoçarx nümayiş etdirilib. Həmçinin Güney Azərbaycanın dəyərli mədəniyyət xadimlərinin mükafatlandırma mərasimi keçirilib.

Musiqili gecədə Güney Azərbaycanın tanınmış müğənniləri Cavid Təbrizli, Xosrov Hakan Əmiri, Fərhad Əmiri, Sonay Ruhi mahnılar səsləndiriblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar