SON XƏBƏRLƏR

İran Qərb ölkələrindən dərman idxalına qadağa qoymaq istəyir

2023.10.06, 15:00
İran Qərb ölkələrindən dərman idxalına qadağa qoymaq istəyir

İran prezidenti İbrahim Rəisi Qərb ölkələrindən dərman və tibb ləvazimatlarının idxalına ehtiyac olmadığını deyib.

Gunaz.tv

Rəisi dərmana olan tələbatın 95%-nın ölkə daxilində istehsal edildiyini iddia edib.

İran parllamentinin Səhiyyə Komissiyasının üzvü Salman İshaqi isə hazırda ölkədə 200 növ dərmanın tapılmadığını və xəstələrin dərman çatışmazlığından əziyyət çəkdidklərini deyib.

"Dərman qıtlığı və hakimiyyətin məsələyə laqeyd münasibəti ölüm hallarının artmasına səbəb olub",- komissiya üzvü bildirib.

Qeyd edək ki, bundan əvvəl Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi də deyib ki, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu, dərman bazarının yarısını belə,  əhatə etmir.

“Dərman idxalçılarının və xammalın likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara baxmayaraq, praktiki olaraq, hökumət dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli tədbir görməyib",- deyə, Həmid Xoyi bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar