SON XƏBƏRLƏR

İran İsrailə qarşı hücumları dəstəklədi

2023.10.07, 14:04
İran İsrailə qarşı hücumları dəstəklədi

Bu gün HƏMAS-ın İsrailə qarşı hücuma başlamasından dərhal sonra İran məsələ ilə bağlı dəstək bəyanatı səsləndirib.

Gunaz.tv

Əli Xaməneinin silahlı qüvvələr məsələləri üzrə köməkçisi və baş müşaviri Rəhim Səfəvi HƏMAS-ın əməliyyatlarından sevindiyini deyib.

O, İsrailə qarşı başladılan hücumları təbrik deyib, İranın bunu birməmalı olaraq dəstəklədiyini və sona qədər hücumçuların yanında olacağını bildirib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar