SON XƏBƏRLƏR

Nobel alan azərbaycanlıdan bəyanat: Qələbə yaxındır!

2023.10.07, 14:53
Nobel alan azərbaycanlıdan bəyanat: Qələbə yaxındır!

Həbsdə olan zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Nobel Sülh mükafatına layiq görüldükdən sonra həbsxanadan bəyanat yayıb.

Gunaz.tv

Onun bəyanatı “Nyu York Tayms” qəzetində dərc edilib.

“Demokratiyanı, azadlığı və bərabərliyi həyata keçirmək üçün fəaliyyətlərimi heç vaxt dayandırmayacağam. Şübhəsiz ki, Nobel Sülh mükafatı məni bu yolda daha müqavimətli, qətiyyətli, ümidli və həvəsli edir, mübarizəmdə daha da sürətli addımlarla irəliləməyimə səbəb olur. Bu mükafatın dəyişikliklər üçün mübarizə aparanların daha güclü və sistemli fəaliyyətinə səbəb olacağına ümid edirəm. Qələbə yaxındır”, - Məhəmmədi bildirib.

Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. (Axar.az)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar