SON XƏBƏRLƏR

Bu gün daha 21 ailə Füzuli şəhərinə köçürülüb

2023.10.10, 10:27
Bu gün daha 21 ailə Füzuli şəhərinə köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Gunaz.tv

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailənin, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar