SON XƏBƏRLƏR

Məhbus fəalın atası müraciət etdi: Oğlumun taleyi barədə məlumat verilmir

2023.10.11, 13:06
Məhbus fəalın atası müraciət etdi: Oğlumun taleyi barədə məlumat verilmir

Oktyabrın 1-də Tehranda həbs edilən təbrizli fəal İbrahim Əvəzzadənin atası Həmid Əvəzzadə müraciət yayıb.

Gunaz.tv

O, oğlunun həbs edilməsindən keçən 11 gün ərzində onun taleyi barədə heç bir məlumat ala bilmədiyini deyib.

"Nə telefon əlaqəsi saxlamağa imkan yaradılır, nə də onun barəsində dəqiq məlumat  verilir",- fəalın atası bildirib.

O deyib ki, məmurlar budan əvvəl onun müraciətinə cavab olaraq oğlunun durumu barədə məlumat verəcəklərini desələr də, sözlərini tutmayıblar. 

"Məmurlar zəng edib, qızımın qardaşının döyülməsi və həbs edilməsi barədə paylaşımına görə məni təhdid edirlər. Deyirlər ki, sosial mediada paylaşılan məlumat silinməsə, qızın da saxlanılacaq"-deyə, Həmid Əvəzzadə təhlükəsizlik məmurlarının təzyiqlərindən danışıb.

Fəalın atası İran hökuməti və məhkəmə sisteminin oğlunun həyatı və talei ilə bağlı məsuliyyət daşıdığını söyləyib.

Qeyd edək ki, İbrahim Əvəzzadə oktyabrın 1-i səhər saarlarında Tehranda bacısının evində həbs edilib.

"Səhər saat 7-də 8 mülki geyimli təhlükəsizlik məmuru heç bir arayış göstərmədən zorla evə daxil olub və İbrahimi həbs etdilər",- fəalın bacısının bundan əvvəl sosial mediada yaydığı məlumatda qeyd edilib.

O, ictimai fəallara müraciət edərək qardaşının taleyi və harada saxlanılması barədə məlumat əldə etmək üçün məsələnin ictimailəşdirilməsini istəyib.

İbrahim Əvəzzadənin həbs səbəbləri və harada saxlanılması barədə məlumat verilmir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar