SON XƏBƏRLƏR

İki siyasi məhbus intihar edib

2023.10.11, 14:53
İki siyasi məhbus intihar edib

İranın Şiraz və Zahidan həbsxanalarında iki siyasi məhbus intihara cəhd ediblər.

Gunaz.tv

Şiraz həbsxanasında Mehran Fərhadi çox sayda dərman içərək, Zahidan həbsxanasında isə Əsləm Sədiqi bilək damarlarını kəsərək həyatlarına son verməyə çalışıblar.

Hər iki məhbusun işgəncə edildiyi, ağır şərayitdə saxlanılmaları və işlərinə yenidən baxılmamasının onları intihara məcbur etdiyi bildirilib.

Ağır vəziyyətdə olan məhbuslar həbsxanaların tibb məntəqəsində saxlanılırlar.

Mehran Fərhadi və Əsləm Sədiqi "hökumətə qarşı müxalif təşkilatlara üzv olmaq"da ittiham ediliblər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar