SON XƏBƏRLƏR

İranda siyasi məhbusların qatili Həmid Nurinin apellyasiya məhkəməsi keçirilir

2023.10.11, 15:12
İranda siyasi məhbusların qatili Həmid Nurinin apellyasiya məhkəməsi keçirilir

“Ölüm Heyəti”-nin üzvü və prokuror köməkçisi Həmid Nurinin sonuncu apellyasiya məhkəməsi oktyabrın 9-u İsveçin paytaxtı Stokholmda başlayıb. 

Gunaz.tv

Xatırladaq ki, Həmid Nuri 1988-ci ilin Yayında Kərəc şəhəri Gövhərdəşt Həbsxanasında saxlanılan siyasi məhbusların kütləvi edam edilməsində iştirak üzrə ittiham olunur. Skotholm məhkəməsi onu ömürlük həbsə məhkum edib.

İslam Respublikasının təməlini qoyan Ruhulla Xomeyninin 1988-ci ildə fitvası ilə minlərlə siyasi məhbus edam olunaraq kütləvi basdırılıb.

Qeyd edək ki, Nuri 2019-cu ilin noyabrında Stokholm şəhəri Arlanda Hava Limanına keçən kimi Beynəlxalq Yuridistika Səlahiyyəti Prinsipinə əsasən saxlanılıb.

Mustafa Purməhəmmədi, Məhəmməd Müqəyyisə və Sirus Şeyxpur 2023-cü ilin avqustunda əməkdaşları Nurinin xeyrinə ifadə verməyi irəli sürüblər.

Bu xahişə cavab olaraq Apellyasiya Məhkəməsinin sədri Robert Qrin İranın müvafiq səlahiyyətli rəsmilərinə məktub ünvanlayaraq Nurinin lehinə həmin 3 nəfər şahidin dindirilməsi üçün koordinasiya etmələrini istəyib.

Lakin Stokholmun prokuroru xəbərdarlıq edib ki, onlar İsveçə çatan kimi saxlanılacaqlar. Ona görə də Tehran razılaşarsa bu şəxslər 11-12 oktyabr tarixlərində virtual olaraq video görüntü ilə məhkəmə iclasına qatılacaqlar.

Xatırladaq ki, Məhəmməd Müqəyyisə 1988-ci ildə Gövhərdəşt Həbsxanasının rəisi olub.

Mustafa Purməhəmmədi siyasi məhbusalara qırğın zamanı edam hökmləri çıxaran heyətdə Təhlükəsizlik Nazirliyini təmsilçisi, Sirus Şeyxpur isə Evin Həbsxanasının həmin ildə hakimi olub. 

Edam hökmləri çıxaran heyət siyasi məhbuslar tərəfindən “Ölüm Heyəti” kimi tanınır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar