SON XƏBƏRLƏR

İran AB və Körfəz Əməkdaşlığı Şurasının bəyanatına etiraz etdi

2023.10.14, 10:30
İran AB və Körfəz Əməkdaşlığı Şurasının bəyanatına etiraz etdi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa Birliyi və Körfəz Əməkdaşlığı Şurasının xarici işlər nazirlərinin birgə bəyanatına etiraz edib.

Gunaz.tv

Kənani İran körfəzində olan Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adalarının İranın ayrılmaz hissəsi olduğunu deyib.

O, bununla yanaşı bəyanatda İranın nüvə proqramı ilə bağlı səsləndirilən fikirləri də tənqid edərək. ölkəsinin nüvə proqramından dinc məqsədlər üçün istifadə etmək istədiyini iddia edib.

Qeyd edək ki, son vaxtlar İran körfəzindəki mübahisəli Böyük Tunb, Kiçik Tunb və Əbumusa adalarının mülkiyyət hüququ ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.

Avropa Birliyi və Körfəz Əməkdaşlığı Şurasının xarici işlər nazirlərinin bəyanatında bölgədəki ölkələrin hakimiyyət və ərazi bütövlüyünə hörmətlə yanışlması tələb olunub.

Eyni halda İranın nüvə proqramı barədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə şəffaf əməkdaşlıq etməsi, rəsmi Tehranın nüvə proqramından dinc məqsədlər üçün istifadə barədə təzminat verməsi istənilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar