SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda edamlara qarşı tədbir keçirib

2023.10.16, 10:43
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara qarşı tədbir keçirib

Oktyabrın 15-də Beynəlxalq Əfv Təşkilatı Almaniyanın Hamburq şəhərində müxtəlif ölkələrdə ölüm cəzasına qarşı mübarizə tədbiri təşkil edib. 

Gunaz.tv

Tədbirdə edam cəzasının hələ də icra olunduğu İran da daxil olmaqla,  müxtəlif ölkələrin bayraqlarının vurulduğu tabutlar ictimaiyyətin qarşısında nümayiş etdirilib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son hesabatına görə son bir il ərzində İran həbsxanalarında 659 məhkumun edam cəzası həyata keçirilib.

Beynəlxalq təşkilatların hesabatında göstərilir ki,  İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar