SON XƏBƏRLƏR

Milli fəal İbrahim Əvəzzadə təhlükəsizlik təcridxanasında saxlanılır

2023.10.16, 14:29
Milli fəal İbrahim Əvəzzadə təhlükəsizlik təcridxanasında saxlanılır

Təbrizdə yaşayan və oktyabrın 1-də Tehranda bacısının evində həbs edilən milli fəal İbarhim ƏvəzzadəTəhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanılır.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat verib.

Onların dediyinə görə, İbrahim Əvəzzadə qısa müddətli telefon zəngi zamanı həyatda olduğunu və təhlükəsizlik təcridxanasında saxlanıldılğını deyib.

Bu, Əvəzzadənin ata, ana və bacısının dəflələrlə müraciətindən və  məsələni ictimailəşdirəndən sonra baş tutub.

Bundan əvvəl məsələni ictimailəşdirdiklərinə görtə fəalın ailəsi təhdid edilib.

Qeyd edək ki, İbrahim Əvəzzadə oktyabrın 1-i səhər saarlarında Tehranda bacısının evində həbs edilib.

"Səhər saat 7-də 8 mülki geyimli təhlükəsizlik məmuru heç bir arayış göstərmədən zorla evə daxil olub və İbrahimi həbs etdilər",- fəalın bacısının bundan əvvəl sosial mediada yaydığı məlumatda qeyd edilib.

O, ictimai fəallara müraciət edərək qardaşının taleyi və harada saxlanılması barədə məlumat əldə etmək üçün məsələnin ictimailəşdirilməsini istəyib.

İbrahim Əvəzzadənin həbs səbəbləri barədə məlumat verilmir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar