SON XƏBƏRLƏR

Biləsuvar gömrüyünün işçiləri həbs edilib 

2023.10.17, 10:46
Biləsuvar gömrüyünün işçiləri həbs edilib 

Ərdəbil əyalətinin Biləsuvar şəhərinin gömrüyündə 8 işçi həbs edilib.

Gunaz.tv

Bu barədə Biləsuvar prokuroru Rəhim Cəngcu açıqlama verib.

Məlumata görə, həbs edilən 8 gömrük işçisi və 6 vasitəçi rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Gömrük İdarəsinin daha 9 əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduqları üçün araşdırma başladıldığı bildirilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar