SON XƏBƏRLƏR

İran parlamentində mitinq keçirilib

2023.10.18, 13:49
İran parlamentində mitinq keçirilib

Bu gün oktyabrın 18-də İran parlamentinin ümumi toplantısında parlament sədri Məhəmməd Baqir Qalibaf İsrailə qarşı çıxış edib.

Gunaz.tv

 O, oktyabrın 17-i gecə saatlarında Qəzza zolağında xəstəxanaya hücuma görə İsraili ittiham edib.

Parlament sədri dünya dövlətlərini İsrailə qarşı birləşməyə çaırıb və İranın bu məsələdə hər zamankı kimi öndə olacağını deyib.

Qalbafın çıxışından sonra parlamentdə tribuna qarşısına toplaşan nümayəndələr mitinq keçiriblər.

Parlament üzvləri İsrail və Amerikaya qarşı şüarlar səsləndirib, Qəzzaya getməyə hazır olduqlarını iddia ediblər.

Qeyd edək ki, dünən Qəzzadakı xəstəxananın raketlə vurması nəticəsində 1000 nəfərdən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar