SON XƏBƏRLƏR

Moda yarışmasında Urmu gölünə dəstək

2023.10.18, 15:49
Moda yarışmasında Urmu gölünə dəstək

Türkiyədə keçirilən moda yarışmasında Urmiya gölünün acınacaqlı durumuna diqqət çəkmək üçün geyimlərin üzərində gölün təsviri həkk olunub.

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

"Fashion week" moda yarışmasında Urmiya gölü naxışlı geyimlərlə iştirak edən güneyli geyim dizayneri Ayda Heydəri üçüncü yeri tutub.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq gölün hazırkı sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar