SON XƏBƏRLƏR

Rejissorun dəfn mərasimində Xaməneiyə qarşı şüarlar səsləndirildi

2023.10.18, 16:30
Rejissorun dəfn mərasimində Xaməneiyə qarşı şüarlar səsləndirildi

Oktyabrın 14-də öldürülmüş iranlı rejjissor Daryuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin bu gün Tehranda keçirilən dəfn mərasimi hakimiyyətə qarşı etiraz aksiyasına çevrilib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat və videolar paylaşıblar.

Mərasimə toplaşan çox sayda sənətçi və vətəndaş "ölüm olsun Xaməneiyə", "ölüm olsun diktatora" şüarları səsləndiriblər.

Mərasimdə öldürülən rejissorun qızı Mona Mehrcuyi hicabsız çıxış edib və qatillərin mərasimdə iştirak etdiklərini deyib.

Mərasimdə sənətçi və vətəndaşlarla yanaşı bir neçə hökumət məmuru, çox sayda təhlükəsizlik və polis qüvvələri olub.

Qeyd edək ki, rejissorun öldürülməsinin hakimiyyətə bağlı qrupların işi olduğu barədə ehtimallar səsləndirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar