SON XƏBƏRLƏR

İran həbsxanalarında 15 məhkum edam edilib

2023.10.19, 11:09
İran həbsxanalarında 15 məhkum edam edilib

Oktyabrın 18 və 19-da İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında 10 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bununla yanaşı İsfahan, Rəşt, Xurrəmabad və Zahidan şəhərlərinin həbsxanalarında da 5 məhkumun edam cəzası icra edilib.

Məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunduqları bildirilib.

Kərəcin Qızılhisar həbsxanasında edam qabağı hazırlıq üçün daha 6 məhkum təkadamlıq kameralara köçürülüb.

Qeyd edək ki, İranda son bir il ərzində 659 məhkum edam edilib.  Beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar