SON XƏBƏRLƏR

Qoşaçayda məhbus fəalların azadlığı istənilib

2023.10.20, 14:00
Qoşaçayda məhbus fəalların azadlığı istənilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində həbsdə olan milli fəallara dəstək aksiyası keçirilib.

Gunaz.tv

Fəallar bu barədə sosial media şəbəkəsində paylaşım ediblər.

Onlar son həftələr İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurlarının həbs etdiyi milli-mədəni fəalların postüerlərini şəhər küçələrində yayıb, divarlara yapışdırıblar.

Fəalların hökumət tərəfindən girov götürüldükləri, həbslərinin qanunsuz olduğu qeyd edilib, dərhal sərbəst buraxılmaları istənilib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya, Binab və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar