SON XƏBƏRLƏR

Respublikaçı nümayəndə İrana sanksiyaların icrasını məcbur edən plan təqdim edib

2023.10.21, 11:54
Respublikaçı nümayəndə İrana sanksiyaların icrasını məcbur edən plan təqdim edib

ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Bayden iqtidarını İrana sanksiyaların tam icrasını məcbur edən plan təqdim edib.

Gunaz.tv

Darrell İssa İrana sanksiyaların Bayden iqtidarı tərəfindən icra olunmadığını və zəbt olunmuş vəsaitin azad edilməsini qınayıb və neft sanksiyalarının tam icrasını ABŞ dövlətiniə məcbur etmək məqsədi ilə plan irəli sürüb. 

4 bəndli planda həmçinin dövlətin müəyyən sanksiyaları istisna edə bilmə hüququ dondurulub. 

Planın 1- və 2-ci bəndində ABŞ prezidenti İrana hazırkı neft sanksiyalarının tam icrasına məcbur olunub. Müəyyən sanksiyaları istisna edə bilmə hüququ dondurulmaqla Bayden İranın vəsaitini azad edə bilməyəcək.

3-cü və sonuncu bəndə əsasən İraq və Şimali Koreyada azad edilmiş vəsait yenə zəbt olunacaq, həmçinin İranın Beynəlxalq Valyuta Fondundan bir sıra vəsait istifadəsi hüququnun qarşısı alınacaq.
7aedaecb4ab1a885d5be0419397fe413e469cb67-5500x3609.jpg?rect=660,0,4181,3136&w=800&h=600&fm=webp&q=70

“Bayden iqtidarı elə ilk vaxtlardan İranla yola getməyə başladı. Bunun nəticəsi İsrailə qarşı hazırkı müharibədir. İqtidar cari ildə sistemli olaraq İranın neft sanksiyalarını azaldıb və tam icra olunmaması ilə hələ cari ildə Tehrana 50 milyar dollar qazandırıb. 

Ona görə də həmin məbləğlər terrorizmi dəstəkləmək üçün İranı daha da sırtıqlaşdırıb.”-deyə Darrell bildirib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar