SON XƏBƏRLƏR

Nəzarət Şurası" İffət və Hicab" layihəsini qeri qaytarıb

2023.10.24, 14:03
Nəzarət Şurası" İffət və Hicab" layihəsini qeri qaytarıb

Nəzarət Şurasının (Negəhban Şurası) sözçüsü Hadı Tahan “İffət və Hicab” layihəsində dəqiqlik olmadığna görə Məclisin yenidən baxışına qaytarıldığını deyib.

Gunaz.tv

“Fikir sahibləri, tənqid edənlər, layihəni hazırlayanlar və qurmların nümayndələrinin iştirakı ilə layihə barədə Nəzarət Şurasının Tədqiqat Mərkəzində iclaslar keçirilib. 

Cari ilin sentyabrında 3 illik sınaq üçün Məclisdə qərara alınmış “İffət və Hicabın Təşviqi ilə Ailələri Müdafiə” layihəsində çatışmazlıqlar olduğuna görə Məclisə geri qaytarılıb. Layihədə bir sıra çatışmazalıq və dəqiqsizlik mövcuddur. 

O cümlədən bəzi terminlər fərqli anlamlarda yozula bilər. Həmçinin layihə Konsitusiyanın 75 artikulunun bəzi maddələri ilə ziddiyyət təşkil edir. Bu səbəblərdən yenidən baxılması üçün İslami Şura Məclisinə geri qaytarılıb.”- deyə Nəzarət Şurasının sözçüsü Tahan açıqlayıb.

Qeyd edək ki, Nəzarət Şurası anlamında olan Nigəhban Şurasıın üzvləri mollalar və müsəlman dini mütəxəssislərdən ibarət olmaqla ölkəyə ən yüksək qanunverici nəzarət orqanı sayılır. 

6 üzvü  islami fəqih olan 12 üzvdən ibarət Şura ölkənin makro qərarları, o cümlədən deputatların və prezidentin səlahiyyətə malik olub- olmadığını təyin edən orqandır. 

Şuranın 6 fəqih üzvü İranın rəhbəri Xaməneyi tərəfidən seçilir, 6 digər üzvü isə islam qanunları üzrə hüquqşünaslardır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar