SON XƏBƏRLƏR

Düzgün geyinməyən kişilər 6-50 milyon tümən cərimə olunacaq

2023.10.26, 10:59
Düzgün geyinməyən kişilər 6-50 milyon tümən cərimə olunacaq

İffət və Hicab layihəsində qadınlarla yanaşı, düzügün geyinməyən kişilərə də nağd cərimə tətbiq olunacaq. 

Gunaz.tv

Qadın və Cəmiyyət Düşüncə Evinin sədri Əbülfəz İqbali bu barədə məlumat verərək, Hicab və İffət layihəsində kişilər üçün cərimə miqdarının 6-50 milyon tümən arasında təyin edildiyini bildirib. 

“Kişilərin hicabsızlığı şortiklərin və bədəni göstərən T-Şörtlərin geyinməsi anlamındadır.”- deyə İqbali bir televiziya proqramında çıxşı zamanı bildirib.

Layihədə kişilərin düzgün geyinmədiyi ilə bağlı ümumi hüquq mütəxəssisi və jurnalist Ümid Səlimi də açıqlama verib.

“Misal üçün kişilər gödək şavar geyib küçədə velosipet sürərkən baldırı görünərsə, 50 milyon tümənə qədər cərimə ödəməlidirlər.”-deyə Səlimi qeyd edib.

Xatırladaq ki, İranın ali nəzarət orqanı olan Nəzarət Şurasının tələbi ilə Hicab və İffət layihəsində bir sıra çatışmazlıq olduğuna görə, yenidən baxılması üçün İranın İslami Şura Məclisinə geri qaytarılıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar