SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı bəluçlara qarşı repressiyaları pislədi

2023.10.27, 14:46
Beynəlxalq Əfv Təşkilatı bəluçlara qarşı repressiyaları pislədi

Beynəlxalq Əfv Təşkilatı İranda sünni məzhəbli etnik bəluclarlara qarşı repressiyaların şiddətlənməsi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bu barədə  təşkilatın Yaxın Şərq və Şimali Afrika Regional Ofisinin direktor müavini Diana Əl Tahavi bildirib.

Bəyanatda bəlucların həftəlik dinc etiraz aksiyalarına qarşı hökumət məmurlarının güc tətbiq etməsi, döyüş silahlarından atəş açılması və 18 yaşına çatmamış yeniyetmələrin, qadınların həbsi pislənilib.

Əl Təhavi dünya dövlətlərinə müraciət edərək onlardan Tehran hökumətinin bəluclara qarşı sistemli repressiya və işgəncə  maşınının dayandırılması üçün təzyiq göstərmələrini istəyib.

Bəyanatda oktyabrın 20-də bəlucların keçirdiyi dinc aksiyaya şiddətli müdaxilə nəticəsində onlarla vətəndaşın yaralandığı, çox sayda narazının həbs edildiyi qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar