SON XƏBƏRLƏR

Milli fəal Əli Rəzazadə Evin həbsxanasına köçürülüb

2023.10.30, 12:59
Milli fəal Əli Rəzazadə Evin həbsxanasına köçürülüb

Ərdəbildən olan və Tehranda yaşayan milli fəal Əli Rəzazadə Nadarlı 1 illik həbs cəzasını çəkmək üçün oktybrın 29-da Tehranın Evin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

O, "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilib.

Bununla yanaşı,  Əli Rəzazadə Nadarlının həbsdən buraxıldıqdan sonra iki il müddətinə siyasi, ictimai qurumlara üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

Milli fəala qarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi), separatçı düşüncələri, Abbas Lisani, Lətif Həsəni, İbrahim Nuri və başqalarını dəstəkləyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar