SON XƏBƏRLƏR

Bu gündən Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

2023.10.31, 11:53
Bu gündən Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

Bu gündən "ASAN Xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

"Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə, Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır.

Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq", - icma sədri vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar