SON XƏBƏRLƏR

Güneyli Nobel mükafatçısının müalicəsinə icazə verilmədi

2023.10.31, 15:46
Güneyli Nobel mükafatçısının müalicəsinə icazə verilmədi

Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi və Nobel mükafatçısı Nərgiz Məhəmmədinin müalicə olunmasına icazə verilməyib.

Gunaz.tv

Bu barədə Məhəmmədinin adına fəaliyyət göstərən sosial media hesabında yazılıb.

Bildirilib ki, həbsxana rəhbərliyi ürək çatışmazlığı və ağciyər xəstəliyindən əziyyət çəkən Nərgiz Məhəmmədinin məcburi hicab qaydalarını riayət etmədiyinə görə tibb məntəqəsinə göndərilməsinə mane olub.

21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. 

Məhəmmədi son məhkumluq dövründən əvvəl 5 il yarım məhkumluq dövrü yaşayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar