SON XƏBƏRLƏR

Güneyli müəllim elektronik qandalla sərbəst buraxılıb

2023.11.01, 13:19
Güneyli müəllim elektronik qandalla sərbəst buraxılıb

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan müəllim Şükrüllah Qəhrəmanifərd oktyabrın 31-də Əhər həbsxanasından elektronik qandalla sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə məlumat verən yerli fəallar bildiriblər ki, elektron qandal vurulan müəllimin yaşadığı bölgədən 1000 metrdən çox uzaqlaşması qadağan edilib.

Dinc mədəni fəaliyyətlərlə məşğul olan Şükrüllah Qəhrəmanifərd "sosial mediada qanunsuz fəaliyyət", "hökumətə qarşı təbliğat və millətçilik" və  "müqəddəsləri təhqir etmək" ittihamlarına görə 1 il azadlıqdan məhrum edilmişdi.

Kəleybərli müəllim ailəlidir və 3 övlad atasıdır.

Böyük oğlu Yaşar Bakı Dövlət Musiqi Akademiyasında, qızı Mavi Naxcıvan Tibb Elmləri Universitetində və kiçik oğlu Araz isə Kəleybərdə ibtidai məktəbdə təhsil alır.

Qəhrəmanifərdin Azərbaycanda təhsil alan övladları atalarının vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Bu, onların ailələrinə və İrana qayıtdıqları zaman özlərinə qarşı təzyiqlərdən qorxduqları ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar