SON XƏBƏRLƏR

İranda yaşayan yəhudilərə qarşı daha bir qadağa qoyuldu

2023.11.02, 13:13
İranda yaşayan yəhudilərə qarşı daha bir qadağa qoyuldu

İran hökumətinin təzyiqləri nəticəsində ölkədə yaşayan yəhudilərin xaricdəki yaxınları və ailə üzvləri ilə əlaqələri kəsilib.

Gunaz.tv

İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, hökumət məmurları xüsusən İsraildə qohum və yaxınları olan yəhudilərə qarşı təzyiqləri artırıb.

Qeyd edıilib ki, son günlər çox sayda yəhudi təhlükəsizlik idarələrinə çağrılıb, dindirilib və məcburi şəkildə sosial media hesabları bağladılıb.

Bununla yanaşı, onlarla yəhudi əsilli vətəndaşın iş yerinin qapadıldığı, bəzilərinin iş icazələrinin ləğv edildiyi bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar