SON XƏBƏRLƏR

İranın İsrailə qarşı yeni kampaniyası istehzaya səbəb oldu

2023.11.02, 14:26
İranın İsrailə qarşı yeni kampaniyası istehzaya səbəb oldu

İranın İsrailə qarşı başlatdığı kaompaniya sosial media istifadəçilərinin istehzası ilə qarşılaşıb.

Gunaz.tv

Buna səbəb isə İranın Təhsil Nazirliyi və hökumətə bağlı qrupların Qəzzaya dəstək məqsədilə uşaqlar arasında “Raket düzəlt” adlı kampaniyası olub.

Kampaniyaya qoşulan uşaqlardan İran və Fələstin bayraqları rəngində boyanan kağız raketlər düzəltmələri və onları İsrail istiqamətində havaya atmaları istənilib.

Kampaniyaya daha çox uşağın qoşulmasını təmin etmək üçün ən çox kağız raket düzəldən uşaqlara mükafatların veriləcəyi bildirilib.

Sosial media bu kampaniyanın İranın "İsraili yer üzündən siləcəyik" iddiasının absurdluğu və hakimiyyətin acizliyi ilə əlaqəli olduğunu qeyd ediblər. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar