SON XƏBƏRLƏR

İranın BMT-də şuraya sədrliyi etirazlara səbəb oldu

2023.11.02, 15:45
İranın BMT-də şuraya sədrliyi etirazlara səbəb oldu

İranın noyabrın 2-dən BMT-nin İnsan Haqları Şurasına sədrlik edəcəyi ilə bağlı məlumat hüquq müdafiəçilərinin qəzəbinə səbəb olub. 

Gunaz.tv

Bu barədə BMT-nin fəaliyyətinə nəzarət edən “UN Vatch” qeyri-hökumət təşkilatı məlumat yayıb.

Onlar İran hakimiyyətinin ölkədəki repressiyalara, işgəncələrə və edamlara əl atması onun bu yeri tutmasına imkan verə bilməz.

Bununla bağlı “UN Vatch” qeyri-hökumət təşkilatı BMT-ni forumda İranın sədrliyini ləğv etməyə çağıran petisiya yaradıb. Petisiya artıq dünya üzrə 100 mindən çox insan tərəfindən imzalanıb.

“BMT-dəki bütün demokratiyaların qurumun təməl prinsiplərini pozan qatil rejimləri qanuniləşdirməsini dayandırmağın və günahkarları məsuliyyətə cəlb etməyə başlamasının vaxtı çatıb”, - təşkilaştın direktoru Gillel Noyer bildirib.

Qeyd edək ki, iki gün əvvəl Tehranın Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı Nərgiz Məhəmmədi də oxşar bəyanatla çıxış edib.

"Mövcud rejim İran cəmiyyətini və qadınlarını ölüm, ya da məcburi hicab arasında seçim etmək vəziyyətinə salıb. İranın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına sədrlkdən qətiyyətlə uzaqlaşdırılmasını istəyirik",- Məhəmmədi məktubunda bildirib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar