SON XƏBƏRLƏR

İranda intim videoları yayaılan məmura yüksək vəzifəyə verildi

2023.11.06, 13:49
İranda intim videoları yayaılan məmura yüksək vəzifəyə verildi

Həmcinsi ilə intim videoları yayıldığına görə işdən çıxarılan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti daha yüksək vəzifəyə təyin edilib.

Gunaz.tv

Bu barədə "Təcrübə" nəşrinin baş redaktoru Pejman Musəvi özünün X hesabında paylaşım edib.

Bildirilib ki, Siqqəti İrşad Nazirliyinin Əyalət İşləri Koordinasiya İdarəsinin rəhbərliyinə gətirilib.

İlk dəfə Rza Siqqətinin həmcinsləri ilə intim münasibətləri barədə məlumat və video yayan "Radio Gilan" teleqram kanalının məsulu Peyman Behbudi adı çəkilən şəxsin nazirlikdə vəzifəyə təyin edildiyini sübut edən sərəncamın fotosunu paylaşıb.

O, Siqqətinin videolarının yayılmasından sonra Elm Nazirliyinin xüsusi rezidensiyasına köçürüldüyünü və bir ay bundan əvvəl Tehranda dəbdəbəli mənzilə yerləşdirildiyini bildirib.

Qeyd edək ki, iyul ayında Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqətinin həmcinsi ilə intim münasibətləri əks etdirən videoları yayılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar