SON XƏBƏRLƏR

11 GÜNLÜK AKSİYA TƏLƏBƏLƏRİN QƏLƏBƏSİ İLƏ BİTDİ

2021.10.20, 07:36
11 GÜNLÜK AKSİYA TƏLƏBƏLƏRİN QƏLƏBƏSİ İLƏ BİTDİ

Gunaz.tv
11 GÜNLÜK AKSİYA TƏLƏBƏLƏRİN QƏLƏBƏSİ İLƏ BİTDİ 11 günlük oturaq və aclıq aksiyası Kərəcin Pərdis Pedaqoji Universiteti tələbələrinin tam qələbəsi ilə bitib. Tələbələr universitet rəhbərliyi müavinlərinin işdən çıxarılmasını, tələbələrin hər bir hərəkətini nəzarətdə saxlayan inzibati komitələrin ləğvini, tələbə yeməkxanasının işinin yaxşılaşdırılmasını, kitabxananın bərpasını və universitet rektorunun müxtəlif bəhanələrlə təzyiqə məruz qoyduğu tələbələrdən üzr istəməsini tələb edirdilər. İyunun 9-da İran təhsil nazirinin müavini universitetə gələrək universitet rəhbərliyi və aksiyaçı tələbələrin nümayəndələri ilə müzakirə aparıb. Müzakirələr sübhdən axşam saat 10-a qədər çəkib. Sonda nazir müavini və universitet rəhbərliyi tələbələrin bütün tələbləri ilə razılaşdıqlarını bildiriblər. Qeyd edək ki, tələbərin 11 sutka davam edən oturaq aksiyasında 3500 tələbə, aclıq aksiyasında isə 120 tələbə iştirak edib. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar