SON XƏBƏRLƏR

Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər

2024.04.26, 14:22
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər

Bir qrup molla hərbi geyimdə Həzrəti Məsumə ziyarətgahında toplaşaraq hicaba riayət etməyənlərə qarşı etirazlarını bildiriblər.

Gunaz.tv

İranın Mehr xəbər agentliyi toplaşmadan şəkillər paylaşıb. 
تجمع روحانیون حمایت از حجاب

Onlar  hicaba riayət etməyənlərə qarşrı bir neçə gündür Nur Planı adı ilə başlamış əməliyytaları dəsətkləyiblər. 

Həmçinin respublikanın Ali Məhkəməsinin sədri Məhəmməd Cəfər Müntəziri həmin planı dəstəkləmək məqsədi ilə deyib: 

“hicab İslam Respublikası sistemində bir qanundur. Xüsusilə də İran İslam Respublikasında hətta müsəlman olmayanlar da bu qanuna riayət etməlidirlər”.
تجمع روحانیون حمایت از حجاب

Qeyd edək ki, 2022-ci ilin sentyabrından başlamış “qadın, yaşam, azadlıq” hərəkatından sonra qadınlar hüquqlarını müdafiə etmək məqsədi ilə məcburi hicabdan imtina etməyə bqaşlayıblar.

İran hakimiyyəti isə bu geniş miqyaslı dalğanın qarşısında aciz qalaraq təzəcə Nur Planını icraya yönəltməklə hicaba riayət etməyən qadınların əleyhinə kəskin basqılara başlayıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar