17 noyabr Milli Dirçəliş günüdür

17.11.2021, 09:15

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı.

Gunaz.tv Quote | Gunaz article

Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.

Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı.

Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.


17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07