Səməd Behrənginin doğum günüdür

24.06.2022, 04:04

Bu gün Güney Azərbaycanın görkəmli ziyalısı, uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri Səməd Bəhrənginin doğum günüdür.

Gunaz.tv Quote | Gunaz article

Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.

İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb. Sonra təhsilini Təbriz Pedaqoji Texnikumunda davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə müəllim kimi başlayıb.

Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim işləyib. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). 1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib, kitablarla və çoxlu sayda pedaqoji məqalələr yazıb.

Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruz Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib.

Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və b. hekayə və nağıllarını yazıb (1967-1969). Maraqla qarşılanan hekayələrindən olan “Balaca qara balıq” azadlığa həsr olunub.

Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.

İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb, kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Səməd Behrəngi 1968-ci il avqustun 30-da İranda Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib. 

14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01