SON XƏBƏRLƏR

54 ölkə İran hökumətinin repressiyalarını pislədi

2023.03.01, 11:43
54 ölkə İran hökumətinin repressiyalarını pislədi

Gunaz.tv

Bəyanatı oxuyan Kosta-Rika xarici işlər nazirinin müavini Cristian Guillermet 54 ölkənin İrandakı repressiya və edam prosesindən narahat olduqlarını bildirib.

Fevralın 28-də İranda ölüm hökmü əleyhinə yazılan birgə bəyanat dünyanın müxtəlif bölgələrindən onlarla ölkə tərəfindən imzalanıb və bu, təkcə Qərb ölkələri ilə məhdudlaşmır.

Bəyanatda əlavə edilib ki, heç bir hökumət ölüm hökmündən etiraz aksiyalarında iştirak edənləri cəzalandırmaq, onları susdurmaq və cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edilməməlidir.

Qeyd edək ki, Tehran rejimi son etiraz aksiyalarında iştirak edən məhbuslardan dördünü edam edib, daha bir neçə nəfər barəsində isə edam hökmü çıxarıb.

Sözügedən bəyanat İranın xarici işlər naziri Hüseyn Əmirabdullahyanın BMT-nin İnsan Haqları Şurasının iclasında çıxışından bir gün sonra dərc edilib. 

İranın XİN başçısı, son vaxtlar baş verən etiraz aksiyaları “iğtişaş” adlandırıb və bununla bağlı “milli istintaq komitəsi”nin yaradıldığını iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar