SON XƏBƏRLƏR

92 yaşlı Əhməd Cənnəti: “İmam Zamanın zühuruna qədər yaşayacağıma ümid edirəm”

2021.10.20, 07:36
92 yaşlı Əhməd Cənnəti: “İmam Zamanın zühuruna qədər yaşayacağıma ümid edirəm”

Gunaz.tv

GünAz TV: İran Ekspretlər Məclisinin sədri, 92 yaşlı Əhməd Cənnəti gülməli bəyanatlarla çıxış edib.

 

O, “Əli Xamneyinin İmam Zamanın zühurunda inqilab bayrağını ona verəcəyi günə qədər sağ qalacağı”na ümid etdiyini deyib.

 

“Allahın İranın arxa-dayağı” olduğunu iddia edən 92 yaşlı axund Amerika əleyhinə fikirlər də səslədirib və bildirib ki, “Allah Amerikadan daha güclüdür”. O, əlavə olaraq ölkəsinin rəsmi Vaşinqtonla yeni müzakirələr aparmasına qarşı olduğunu bəyan edib.

 

Qeyd etmək lazımdır ki, Amerikanın sanksiyaları nəticəsində İran iqtisadiyyatı hər gün daha da çətin vəziyyətə düşür. İranlı axundlar xalqın problemləri həll etmək əvəzinə, son aylar ərzində tez-tez bu cür gülünc iddialar dilə gətirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar