SON XƏBƏRLƏR

"Qızların zəhərlənməsi İran rejiminin dəyişməz olduğunu göstərir"-Amerika institutu

2023.03.15, 13:56
"Qızların zəhərlənməsi İran rejiminin dəyişməz olduğunu göstərir"-Amerika institutu

Gunaz.tv

"Bu rejimin dəyişməz olduğunu açıq şəkildə göstərir və buna görə də, Bayden administrasiyası anlaşmanı dayandırmalı və İran rejimi ilə bağlı ciddi addım atmalıdır",- məqalədə qeyd edilib.

Yazıda İran rəsmilərinin zəhərlənmələrlə bağlı zidiyyətli mövqe və açıqlamalarına toxunulub və bununlada rejimin məsələnin üstünün açılmasında maraqlı olmadığı bildirib.

"Tehran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin illərdir monitorinq işinə mane olduğu kimi, qızların zəhərlənməsi ilə bağlı BMT-nin təhqiqatına da mane ola bilər.

Çünki bu rejimin qanunun aliliyində hörməti yoxdur",- Amerika İnstitutu qeyd edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar