SON XƏBƏRLƏR

"Qərbi Azərbaycan həbsxanalarında məhbusların çoxluğu narahatlıq doğurur"-Baş hakim

2022.06.16, 07:41
"Qərbi Azərbaycan  həbsxanalarında məhbusların çoxluğu narahatlıq doğurur"-Baş hakim

Gunaz.tv

O, deyib ki, həbsxanalarında məhbusların sayının çoxluğu narahatlıq doğurur.

“Bu gün zindanlarımızın vəziyyəti çox narahatedicidir və məhkumların həbsi ilə bağlı  siyasətimizə nəzarət etməsək, gələcəkdə bir çox problemlərlə üzləşəcəyik”-deyə, Ətəbati bildirib.

Qeyd edək ki, İranda inflyasiya, bahalıq və işsizliyin artması özəlliklə xırda oğurluqlarının sayının artmasına səbəb olub.
Bir müddət bundan öncə İranın bir sıra hüquq mühafizə qurumlarının məsulları son illər ölkədə hakim olan iqtisadi çətinliklərin cinayətlərin, özəlliklə oğurluq sayının 50 % artmasına səbəb olduğunu bildiriblər.

Qeyd edək ki, İran Statistika Mərkəzinin aprel ayında yaydığı hesabata əsasən  ölkə üzrə yoxsulluq indeksinə görə, Qərbi Azərbaycan əyaləti birinci yerdədir.

Qərbi Azərbaycan əyalətindən sonra Kürdüstan və Loristan əyalətləri müvafiq olaraq ُyoxsulluq indeksinə görə ikinci və üçüncü yeri tuturlar. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar