Sabah Azərbaycanda Anım Günüdür

26.09.2022, 06:21

Sabah Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Gunaz.tv Quote | Gunaz article

Artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək, Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Ötən il olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.

Bütün bunlara Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub.

Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03

gun az article

Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib

2022-12-03

gun az article

İran Rusiyadan iğtişaşlara qarşı avadanlıq almağı və müşavir göndərməyi xahiş edib

2022-12-03

gun az article

İranın keçmiş prezidentinin qızı Faizə Haşimi mühakimə olunub

2022-12-03

gun az article

Güneyli gənc barədə edam hökmü verilib 

2022-12-03

gun az article

Bolqarıstan Ukraynaya hərbi yardım ayırdı

2022-12-03

gun az article

ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib

2022-12-03

gun az article

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022-12-03

gun az article

SEPAH yəhudi yazıçını terror etməyə cəhd edib

2022-12-03

gun az article

İranda daha bir jurnalist həbs edilib

2022-12-03