SON XƏBƏRLƏR

Abbas Lisaninin Apelyasiya Məhkəməsində özünümüdafiə mətninin tərcüməsi – VİDEO

2021.10.20, 07:36
Abbas Lisaninin Apelyasiya Məhkəməsində özünümüdafiə mətninin tərcüməsi – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib.

 

Apelyasiya Məhkəməsində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəal barəsində çıxarılan 8 illik həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə hökmünə baxılıb.

 

Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbatidir. O ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub.

Nasir Ətəbati bundan əvvəl Ərdəbilin prokuroru olub. Abbas Lisaninin sözügedən dosyesinin iddinaməsi də Nasir Ətəbati tərəfindən hazırlanıb.

 

Apellyasiya məhkəməsi zamanı Abbas Lisani özünümüdafiə ilə bağlı önəmli məsələlərə toxunub.

“Məhkəmə prosesi başlandığı gündən Ettelaat əməkdaşlarının dindirilmə zamanı təfərrüatını dilə gətirdiyi bir ssenari təqib olunub. Mən onlara dedim, sizə də deyirəm: Hökm edam və ya ömürlük həbsdən ibarət olsa da, bir addım belə geri oturmayacam. Mənim bədənimdən təkcə bir diri hüceyrə də qalsa, o hüceyrə vətənim Azərbaycan və millətimin yolunda mübarizə aparacaq.”- deyə o vurğulayıb.

 

Abbas Lisani məhkəmə iclasının sonunda türk dilində hazırladığı açıq məktubu oxuyub.

Ötən günlərdə saytımızda yayılan məktubun mətni  fars dilinə tərcümə edilib. Mətnin fars dili variantını aşağıdakı videodan izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=35&v=PE-OoelYoCs

 

Sentyabrın 24-də BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasına təqdim etdiyi hesabatda son vaxtlar 123 güney azərbaycanlı fəalın İran rejimi tərəfindən saxlandığına işarə olunmuşdur. İranda insan hüquqlarının pozulmasını əks etdirən hesabatda Abbas Lisaninin mədəni fəaliyyətlərinə görə saxlandığı da pislənilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar