SON XƏBƏRLƏR

Abbas Nikrəvan Salmas Ettelaat İdarəsinin təcridxanasında aclıq aksiyası keçirir

2021.10.20, 07:36
Abbas Nikrəvan Salmas Ettelaat İdarəsinin təcridxanasında aclıq aksiyası keçirir

Gunaz.tv

GünAz TV: Azərbaycanlı incəsənət xadimi və mədəni fəal Abbas Nikrəvanın Salmas Şəhər Ettelaat İdarəsinin təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

 

Azərbaycanlı fəal iyulun 5-də Salmasın Ettelaat əməkdaşları tərəfindən öz iş yerində saxlanılıb.

 

Fəalın yaxalandığını yaxından görən şəxslər bildirib ki, “o qanunsuz şəkildə saxlandığını bildirərək azadlığa buraxılana qədər aclıq aksiyası keçirəcəyini vurğulayıb.”

 

Məlumata görə, A.Nikrəvan hazırda yaşadığı şəhərin Ettelaat İdarəsinin təcridxanasında təknəfərlik kamerada saxlanılır.

 

Azərbaycanlı mədəni fəal Babək qalası yürüşü ərəfəsində başlayan yeni həbslər dalğası zamanı yaxalanıb.

 

Fəalın yaxalandığı gün, onun iş yeri və evində qanunsuz axtarış da aparılıb. Təhlükəsizlik qüvvələri fəalı yaxaladıqdan sonra onun iş yerinə gedib, qapının qıfılını açıb mağazaya daxil olduqdan sonra orada axtarış aparıblar. Axtarış nəticəsində A.Nikrəvana məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptob, kitab, əlyazmalar və s. məmurlar tərəfindən götürülüb. Təhlükəsizlik qüvvələrinin məhkəmə hökmü olmadan evə daxil olaraq axtarış aparması Nikrəvan ailəsi və qonşularının narahatlığına səbəb olub.

 

Salmas şəhərində yaşayan A.Nikrəvan Güney Azərbaycanın tanınmış incəsənət xadimlərindən biridir. O mədəni fəalliyyətlərinə görə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, nağd cərimə ödəyib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar