ABŞ prezidentliyinə 4 demokrat namizəd İrandakı dinc etirazçılara dəstək verib

2019-11-23 14:15

GünazTV: ABŞ prezidentliyinə 4 demokrat namizəd, noyabrın 22-də “Twitter” səhifələrində yazdıqları statuslarda İrandakı dinc etirazçılara dəstək veriblər.

 

Amerika Demokrat Partiyasının növbəti prezidentliyə qabaqcıl namizədlərindən olan senator Elizabeth Warren “Twitter”də paylaşdığı yazıda İran xalqının azadlıq uğrunda apardığı dinc mübarizəsinə dəstək verdiyini bildirib. O yazıb: “İranlılar korrupsiyaya və avtoritarizmə etiraz bildirmək üçün küçələrə gəliblər. Bu elə bir savaşdır ki, nəhayət İran xalqı tərəfindən aparılmalı, qələbəyə nail olmalıdır. Biz isə, onların dünya birliyi ilə əlaqə yaratmaq üçün izzət və azadlıq uğrunda apardığı dinc etiraz hüququnu dəstəkləyirik” –deyə, demokrat namizəd Elizabeth Warren əlavə edib.

 

Demokrat Partyasının ABŞ prezidentliyinə digər namizədi Julian Castro isə yazdığı statusda bunları yazıb: “Öz hökumətlərinin əleyhinə etiraza qalxan igid İran xalqına qarşı zorakılıq tətbiq edilməsi qəbuledilməzdir. İnternetin İran rejimi tərəfindən bilərəkdən kəsilməsi aradan qaldırılmalı, İran xalqının etiraz bildirmək haqqına hörmətlə yanaşılmalıdır. İran əsilli amerikalıların da İrandakı öz ailə və qohum-əqrəbaları ilə əlaqə saxlaya bilmələri təmin edilməlidir” –deyə, demokrat namizəd Julian Castro vurğulayıb.

 

Digər demokrat namizəd Pete Buttigieg isə paylaşdığı statusda iranlı etirazçıların yanında olduğunu bildirib: “Mən iranlı etirazçıların şücaətini alqışlayır, ölkədə dəyişiklik yaradılması tələbi ilə qiyam edən İran xalqının yanında durmuşam. Hesab edirəm ki, İran hökuməti etirazları yatırtmaq üçün zorakılığa və senzuraya əl atmaq əvəzinə, öz vətəndaşlarının yaşam səviyyəsinin yaxşılaşdırılmasına çalışmalıdır” –deyə, Demokrat Partiyasından olan namizəd Pete Buttigieg bəyan edib.

 

Həmçinin Amerika prezidentliyinə digər namizəd, senator Kamala Harris yaydığı statusunda İran xalqına azadlıq uğrunda apardığı sivil mübarizəsini dəstəkləyib: “İran hakimiyyəti öz vətəndaşlarını qətlə yetirmək, onların hüquqlarını pozmaq, interneti kəsmək və regionda sabitliyə qarşı çıxmaq əvəzinə öz xalqının səsini eşitməli, ölkədəki nöqsanlarhı islah etməlidir. Mən igid İran xalqının yanında durmuşam” –deyə, xanım Kamala Harris əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar ara-sıra davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20