SON XƏBƏRLƏR

AKP yeni Anayasanın qəbuluna çağırır

2021.10.20, 07:36
AKP yeni Anayasanın qəbuluna çağırır

Gunaz.tv

GünAzTv: Baş nazirin müavini Cəmil Çiçək yeni Konstitusiyanın qəbul edilməsini 2011-ci ilin əsas vəzifələrindən biri kimi müəyyən edib.

“Türkiyənin təcili olaraq yeni Konstitusiyaya ehtiyacı var.”

GünAzTv mətbuat mərkəzinin BBC-yə sitinadən yaydığı məlumata görə, Cəmil Çiçək hakim Ədalət və İnkişaf Partiyasının (ALP) üzvləri qarşısında çıxış edərək, cəmiyətin bütün təbəqələrini yeni Konstitusiyanın formalaşdırılmasında fəal iştirak etməyə çağırıb.

Türkiyədə qüvvədə olan Konstitusiya 1982-ci ildə, hərbi çevriliş nəticəsində hakimiyyətə gələn hərbçilər tərəfindən hazırlanıb. Müxtəlif illərdə, o cümlədən ötən il Konstitusiyaya dəyişikliklər edillsə, siyasi dairələr, yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyini bildirirlər.

Ana müxalifətdəki sol təmayüllü Cümhuriyyət Xalq Partiyası isə hakim Ədalət və İnkişaf Partiyasını yeni Konstitusiyanın qəbul edilməsini yubatmaqda ittiham edir.

AK partiya 3 il əvvəl yeni Anayasanın layihəsinin hazırlanması üçün xüsusi isçi qrupu yaratsa da, daha sonra bu məsələnin 2011-də ildə keçiriləcək parlament seçkilərindən sonra həll edilməsi qərarlaşdırıldı.

Analitiklər hesab edirlər ki, yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyi bütün siyasi qüvvələr tərəfindən təsdiq edilsə də, ölkənin əsas qanunun necə olacağı məsələsində gözlənilən fikir ayrılıqları ciddi mübahisələrə səbəb olacaq.

Belə ki, Türkiyənin ən ağrılı problemləri hesab edilən qadınların dövlət müəssisələrinə baş örtüyü ilə daxil olması ilə bağlı islami köklərə malik hakimiyyətlə layiq dövlət tərəfdarları arasındakı mübahisələr, Kürd məsələsi və digər problemlərin Konstitusiyada öz həllini necə tapacağı maraqla gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar