SON XƏBƏRLƏR

Almaniyadan İrana qarşı yeni sanksiya- “Mahar Air”in bu ölkədə fəaliyyətinə son qoyulub

2021.10.20, 07:36
Almaniyadan İrana qarşı yeni sanksiya- “Mahar Air”in bu ölkədə fəaliyyətinə son qoyulub

Gunaz.tv

GünAz TV: Almaniya İranın Avropada casusluq fəaliyyətinə görə bu ölkəyə qarşı digər Aİ ölkələrindən fərqli olaraq, yeni sanksiya qəbul edib.

 

Sanksiyaya əsasən, İranın “Mahar Air” hava yolları şirkətinin Almaniyada fəaliyyət göstərməsi üçün verilən lisenziya ləğv edilib. 2018-ci ilin dekabr ayında Almaniyanın “Bild” qəzeti rəsmi Berlinin Tehrana qarşı Avropa ölkələrində kəşfiyyat- pozuculuq əməllərinə görə yeni sanksiyalar qəbul edəcəyi barədə məlumat yaymışdı.

 

Hazırda “Mahar Air” şirkət həftədə 3 dəfə Düsseldorf hava limanından, 1 dəfə isə Münhendən İrana uçuşlar həyata keçirir. Almaniya hökumətinin qərarına əsasən, bu uçuşların hamısı cari həftədən ləğv ediləcək.

 

Qeyd edək ki, yanvar ayının əvvəlində Avropa İttifaqı İran Kəşfiyyat Nazirliyinin (ETTELAT) 2 yüksək vəzifəli əməkdaşına qarşı İttifaqa üzv ölkələrdə terror aktları törətdiyinə və buna cəhd etdiyinə görə sanksiyalar qəbul etmişdi. Bundan bir neçə gün sonra yanvar ayının ortalarında Almaniyada orduda tərcüməçi vəzifəsində işləyən Əfqanıstan əsilli şəxs İrana casusluq etdiyinə görə həbs edilib. Bu isə öz növbəsində iki ölkə arasında yeni siyasi qalmaqalın yaranmasına səbəb olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar