Amerika İranın 20 bank və şirkətinə sanksiya qoyub

17.10.2018, 10:02

GünAzTV: ABŞ Maliyyə Nazirliyi oktyabrın 16-da bəyanat yayaraq İranın 20 bank və şirkətinə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan bank və şirkətlər, “Bəsic Kooperasiya Fondu” ilə əlaqədə olaraq insan hüquqlarını pozmaqda, terrorçu fəaliyyətlərə dəstək verməkdə və yeniyetmə uşaqları cəlb edərək savaşa göndərməkdə günahlandırılırlar: “Bəsic” ölkə daxilində zorakı repressiyaların həyata keçirilməsində və insan hüquqlarının ciddi və kobud şəkildə pozulmasında rol oynamaqla yanaşı, yeniyetmə uşaqlardan qüvvə toplayaraq onlara hərbi təlim keçir, onları vəhşi Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərir”.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin oktyabrın 16-da jurnalistlərə açıqlamasında İranın bank və şirkətlərinə qoyulan sanksiyaların əhəmiyyətindən danışıb: “Beynəlxalq ictimaiyyət bilməlidir ki, “Bəsic Kooperasiya Fondu” və onun şəbəkəsi daxilində fəaliyyət göstərən bank və şirkətlərlə ticarət əlaqələrinə girməyin dünyada insan hüquqlarına riayət olunmasına qarşı ciddi fəsadları olacaq. Bu ticarət əlaqələri, həm də İranın Orta Şərq regionunda zorakılığa rəvac verən ambisiyalarının gücləndirilməsinə gətirib çıxaracaq”.

 

Amerika Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınan İranın bank və şirkətləri bunlardır:

 

“Əndişe-ye Mehravəran” sərmayə qoyuluşu şirkəti

  • "Bəhmən" Qrupu
  • Bəndər Abbas Zink İstehsal şirkəti
  • “Millət” bankı
  • “Bəsic” Kooperasiya Fondu
  • “Kalsimin” şirkəti
  • İsfahan Mübarikə polad şirkəti
  • İran “Traktorsazi” şirkəti
  • İran zink mədənləri genişləndirmə şirkəti
  • “Mehr iqtisad” bankı
  • “Mehr iqtisad” maliyyə qrupu
  • “Negin Sahil Royal” sərmayə qoyuluşu şirkəti
  • “Parsiyan” bankı
  • “Parsiyan” kimyəvi Katalist şirkəti
  • “Qeşm” zinkəritmə şirkəti
  • “Sina” bankı
  • “Təbiətgərdan Atiyə İraniyan”sərmayə qoyuluşu şirkəti
  • “Təktar” sərmayə qoyuluşu şirkəti
  • “Teknotar” mühəndislik şirkəti
  • Zəncan “Əsidsazi” şirkəti.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24