Amerika İranla bağlı Təhlükəsizlik Şurasının qeyri-plenar iclasının çağırılmasını istəyib

22.06.2019, 10:08

GünAz TV: "Reuters" agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından iyunun 24-də İranla bağlı qeyri-plenar iclas çağırmasını istəyib. 

 

ABŞ-ın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyi bildirib ki, rəsmi Vaşinqton İranla bağlı son hadisələr, eləcə də neft tankerlərinə edilmiş hücumlarla bağlı aparılmış araşdırmaların nəticələrini Şura üzvlərinə təqdim edəcək.

 

Fransa xəbər agentliyi də adlarının açıqlanmasını istəməyən diplomatik mənbələrə istinadən ABŞ-ın TŞ-dan iclas keçirməklə bağlı tələbini təsdiqləyib. 

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində 2 neft tankerinə edilmiş hücumdan sonra Amerika video və şəkillər yayaraq, İranı hücumda əli olmaqda günahlandırmışdı. 

 

Bundan sonra qızışmış gərginlik İranın iyunun 20-də ABŞ-a məxsus pilotsuz uçan aparatı Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında vurduqdan sonra daha da alovlanıb. 1 gün sonra Donald Tramp verdiyi açıqlamada bildirib ki, ABŞ buna cavab olaraq İranın 3 nöqtəsinə hücum edəcəkdi, lakin mən əməliyyatın başlamasına 10 dəqiqə qalmış onu dayandırdım. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyacaq –Sülhməramlıların komandanından açıqlama-VİDEO

2022-12-05

gun az article

İran üçün təhlükə getdikcə artır – ABŞ kəşfiyyatı

2022-12-05

gun az article

İran parlamentinin Hüquq Komissiyasının üzvü həbs olunanlarla bağlı dəqiq məlumat olmadığını iddia edir

2022-12-05

gun az article

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

2022-12-05

gun az article

Azərbaycan və Türkiyə İranla sərhəddə birgə hərbi təlimlərə başladı –VİDEO

2022-12-05

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022-12-05

gun az article

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022-12-05

gun az article

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

2022-12-05

gun az article

İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar

2022-12-05

gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03