Amerika ordusu: “Sepahın Aynul-Əsədə etdiyi raket hücumunda 11 əsgər yaralanıb”

2020-01-17 13:22

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (Sentkom) “Sepah” terror təşkilatının bu ölkənin İraqda yerləşən bazalarına atdığı raketlər nəticəsində 11 hərbçinin yüngül yaraldığını bəyan edib.

 

Yanvarın 8-də “Sepah” Qasım Süleymaninin intiqam əməliyyatı olaraq ABŞ-ın İraqda yerləşən 2 bazasını raket atəşinə tutduğu barədə bəyanat yaymışdı. Pentaqon hücum nəticəsində amerikalı hərbçilər arasında ölən və yaralananın olmadığını, bazaların infrastrukturuna cüzi zərər dəydiyini bəyan etmişdi.

 

Sentkomun ötən gün yaydığı açıqlamada qeyd edilir ki, hücum nəticəsində ölən olmasa da, 11 əsgərdə yüngül beyin silkələnməsi müşahidə edildiyindən, onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda hərbçilərin Amerikanın Küveyt və Almaniyada olan tibb müəssisələrində müalicə aldıqları deyilir.

 

Sentkom həmçinin bildirib ki, müalicə bitəndən sonra əsgərlər özlərini yaxşı hiss etdikləri təqdirdə, yenidən xidmətlərini davam etdirmək üçün İraqa qayıdacaqlar.

 

CNN telekanalı rəsmi Vaşinqtonun yaralananlarla bağlı məlumatı gec bəyan etməsinin səbəbinin əsgərlərdə yüngül beyin silkələnməsi hallarının hücumdan bir neçə gün sonra müşahidə edildiyi ilə bağlı olduğunu bildirib.

 

Bir müddət öncə İraqda mənzillənən Amerikanın başçılıq etdiyi DAİŞ-ə qarşı beynəlxalq koalisiyanın sözçülərindən biri xəbərdarlıq sistemləri nəticəsində “Sepah”ın hücumundan əvvəlcədən xəbərdar olduqlarını, buna görə də, əsgərləri bazanın zəif yerlərindən təhlükəsiz hissələrinə köçürdüklərini demişdi.

 

Aynul-Əsəd Amerikanın İraqda ən böyük hərbi bazası hesab edilir. Baza İraqın qərbində, Ənbar əyalətində yerləşir. Hücuma məruz qalan 2-ci baza isə Ərbil hava limanı yaxınlığında qərarlaşıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17

gun az article

Zaxarova: "Regionda nəqliyyat yollarını açmaq üçün səylərimiz davam edəcək"

2021-09-16

gun az article

İbrahim Rəisi: “İranın qonşu və region ölkələri ilə əlaqələri hökumətimizin prioritet məsələsidir”

2021-09-16

gun az article

QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək

2021-09-16

gun az article

Ermənistan Prezidenti Fransaya gedib

2021-09-16

gun az article

"Qazaxıstan 2050-ci ildə dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olacaq"- Nazarbayev:

2021-09-16

gun az article

ETTELAAT “düşmən ölkələrin xəfiyyəsinə bağlı olan terrorçu dəstə” üzvlərini zərərsizləşdirdiyini bildirib

2021-09-16